Sumqayıtda 66 yaşlı kişi TUTULDU - Çimərlikdə qadınların...

 Sumqayıtda 66 yaşlı kişi TUTULDU - Çimərlikdə qadınların...

İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən Titul.az-a bildirilib.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

11:46 - 16 İyul 2024

Xəbər lenti