"Münasibətimiz mənə kabab gətirməsi ilə başladı" - Aralarında 42 yaş fərq var - FOTO

İngiltərədə sevgilisi özündən 42 yaş böyük olan gənc qadın münasibətlərinin necə başladığını açıq etiraf edib.

Titul.az xəbər verir ki, o bildirib ki, sifariş etdiyi kababın çatdırılması ilə başlayan münasibət bir müddət sonra sevgiyə dönüb.

Nikeisha Lightfoot adlı qadının 60 yaşlı sevgilisi Dimitrios Fotis ilə ilk tanışlığı 2022-ci ilə təsadüf edir.

Aralarındakı yaş fərqi səbəbi ilə tənqidlərə məruz qalsalar da onlar xoşbəxt görünür.

Babası yaşda kişi ilə eşq yaşayan Nikeisha "Kaş ki, insanlar eşqdə yaşın sərhəddi olmadığını bilsəydilər", - deyib.

 

23:57 - 15 İyul 2024

Xəbər lenti