Əməkdar artist Ruhəngiz Musəvi günün günorta çağı paytaxtın "Elmlər AKademiyası" adlanan ərazisindəki Bəxtiyar Vahabzadə küçəsi 14-də taksi sifariş etsə də nəqliyyat vasitəsi gəlməyib ki, gəlməyib.
Titul.az-ın kamerasına tuş gələn məşhur aktrisa tək olmayıb. Tanışı bir kişi ilə istinin gərginliyi də bir tərəfdən tədirgin vəziyyətdə söhbət edən Ruhəngiz Musəvinin bu görüntüsü kameramızdan qaçmayıb.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, son günlər Əməkdar artistin gəncliyində çəkildiyi bir obraz müzakirə olunmağa başlayıb. Ruhəngiz Musəvi "Baladadaşın ilk məhəbbəti" filmində çimərlik geyimində çəkilməsindən danışanlara əsəbiləşib. "Xoş qəldim" verilişində qonaq olan müğənni verilişdə onun geyimini müzakirə edənlərə səslənib: "1972-ci ildə sənətə gəlmişəm. 1973-cü ildə kinoya çəkilmişəm. Əcəb eləmişəm. O, incəsənətdir, bizim tariximizdir. Xahiş edirəm, heç kim o kinoya nəsə deməsin, bu haqda danışmasın".
09:41 - 15 İyul 2024