ABŞ-nin Cənubi Karolina ştatında bir orta məktəb müəlliminin əxlaqsız hərəkətləri ölkə gündəmi olub.
Titul.az xəbər verir ki, müəllim 11 yaşlı şagirdinə gecə-gündüz "eşq məktubu" yazmaqda, onu təqib etməkdə günahlandırılır.
ABŞ mediasına sızan həbs qərarına görə, Dylan Robert Dukes adlı bu şəxs şagirdə 60-dan çox mesaj yazıb, hədiyələr verdiyi və dəfələrlə onu qucaqladığı qeyd olunur.
Qeyd edək ki, Dukes əvvəl "İlin müəllimi" seçilib.
Yaxın günlərdə məhkəmə prosesi olacaq.
01:54 - 15 İyul 2024