"Onu doğan ana elə doğub, xeyiri yoxdur" – Manaf Ağayevə KİM XƏYANƏT ETDİ?

“Görürsən ki, çörək verdiyin oğlan sənin xainliyini çəkir, gözü götürmür, uğurlarını həzm edə bilmir. Özü də ona yaxşılıq da edirsən, hörmət də edirsən, əl də tutursan. Amma pisliyindən qalmır da”.

Titul.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev bildirib.

Məşhur müğənni əlindən tutduğu çox şəxsin əsl xislətini sonradan görüb, başa düşdüyünü sözlərinə əlavə edib:

“Onu doğan ana elə doğub e, onu qınamıram. Doğulanda belə doğulub. Hamı istəyər ki, yaxşı insan, yaxşı oğlan olsun, amma olmur. Qan-gen deyilən bir şey var, o düz olmalıdır.  O düz deyilsə, boş şeydir. İstəyirsən ona nələr et, xeyiri yoxdur”.

18:34 - 27 Noyabr 2023

Xəbər lenti