İspaniya növbəti dəfə Avropanın ƏN GÜCLÜSÜ OLDU

 İspaniya növbəti dəfə Avropanın ƏN GÜCLÜSÜ OLDU

Bu gün Avro-2024-ün qalibi müəyyənləşib.

Titul.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gəlib.

Berlindəki Olimpiya stadionunda keçirilən fransalı hakim Fransua Leteksyenin idarə etdiyi matçda İspaniya qalib gələrək sayca 4-cü dəfə Avropa Çempionu olub.

Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda, İspaniya isə Fransaya 2:1 hesabı ilə qalib gəlib.

Qollar: Niko Uilyams, 47 (1:0), Koul Palmer, 73 (1:1), Mikel Oyarzabal, 87 (2:1)

00:53 - 15 İyul 2024

Xəbər lenti