Coğrafiya müəlliminin 14 yaşlı şagirdinə yazdığı ŞOK MESAJLAR - Üzə çıxdı... + FOTOLAR

 Coğrafiya müəlliminin 14 yaşlı şagirdinə yazdığı ŞOK MESAJLAR - Üzə çıxdı... + FOTOLAR

Konyada M.K. (55 yaşlı) adlı coğrafiya müəllimi 14 yaşlı şagirdi B.D-ya qarşı cinsi təcavüzdə ittiham edilir.

Titul.az xəbər verir ki, 9-cu sinif şagirdi olan B.D 18 aprel tarixində ailəsinə müəllimi M.K.-nin yanvar ayından etibarən ona qarşı "WhatsApp" və sosial şəbəkə hesabları üzərindən mesajlar göndərdiyi, xüsusi ilə son bir ayda yazdığı mesajların intim xarakter aldığı, əvvəl bir dəfə onu evə maşını ilə aparıb düşürərkən öpməyə çalışdığını və sonuncu dəfə məktəbdə pilləkənlərdə əllə təmas etdiyini açıq şəkildə bildirib.

Şagirdin valideyinləri məhkəməyə müraciət etdi, şübhəli ittihamları qəbul etmədi. Lakin müəllim barəsində həbs qətiimkan tədbiri seçildi.

M.K. haqqında 21 il həbs cəzası istənilib.

Müəllim məhkəmədə ifadəsi zamanı 33 ildir müəllim işlədiyini, B.D-nin şagirdi olduğunu bildirdi:

"Mən oyuna gəldim. Məktəbdə və maşında ona toxunmamışam. Sosial şəbəkədə yazdığım mesajları qəbul edirəm".

Məhkəmə təxirə salınıb.

 

16:20 - 14 İyul 2024

Xəbər lenti