Bəy onu yaxın dostu ilə aldadan gəlinin xəyanət FOTOlarını toyda qonaqlara payladı

 Bəy onu yaxın dostu ilə aldadan gəlinin xəyanət FOTOlarını toyda qonaqlara payladı

ABŞ-də bir toyda baş verənlər ölkənin sosial mediasına sızdıqdan sonra xəbər səhifələri və kanalları ancaq bu hadisədən verdi.

Titul.az xəbər verir ki, gələcək həyat yoldaşının ona ən yaxın dostu ilə eşq yaşadığını öyrənən şəxs toyu ləğv etmək əvəzinə qisas almaq üçün gözləmə mövqeyi tutub.

TikTok-da yayımlanan podkast-da baş verənlər belə qeyd edilib:

"Sizə şahidi olduğum bir əhvalatı danışacam. Bir toy idi, hər şey çox yüksək səviyyədə davam edirdi. Söz valideyinlərə veriləndə gəlinin atası mikrafonu götürdü. Elə o məqamda bəy kürsüsündən ayağa qalxdı və iştirakçılara əlindəki zərfləri paylamağa başladı".

Məlum olub ki, bəy qonaqlara zərfin içində nişanlısının ən yaxın dostu ilə çəkilmiş xəyanət görüntülərini əks etdirən fotoları paylayıb. Sonra, o, qonaqlardan həmin zərfləri açmaqlarını istəyib. Bunun ardından bəy toyu yarımçıq qoyaraq oranı tərk edib.

Gerçəyi öyrənən qonaqlar gördükləri qarşısında mat-məəttəl qalıblar. 

Amerika mediasının məlumatında o da qeyd edilir ki, bəyin bu planından öncədən onun valideyinləri də xəbərdar olublar. 

01:44 - 14 İyul 2024

Xəbər lenti