İllərdir İstanbulun E-5 magistralında gəzən şəxsin həyat hekayəsi ortaya çıxıb.
Titul.az xəbər verir ki, sözügedən avtomobil yolu ilə Tuzla ilə Maltepe arasında illərdir hər gün kilometrlərlə məsafəni qət edən sosial şəbəkədə "Pendikli Forrest Gump" kimi tanınan şəxsin adının Selami Salman olduğu öyrənilib.
O, Pendikdə ana və bacısı ilə birgə bina evində yaşayır. Təxminən 50 yaşında olan və illərdir E-5 magistralı ilə kilometrlərlə yeriyən Selami Salman, iddiaya görə yaz, qış, yağış, palçıq demədən səhər saatlarında yaşadığı evdən çıxır və həmin yol ilə saatlarla yeriyir. Onun piyada bir xeyli yol qət etdiyi görən sürücülərdən bəziləri ona su, bəziləri yemək də təklif edirlər.
Oğlu Selami Salman ilə eyni evdə yaşayan anası Mədinə Salman, övladının gənc yaşlarında çox pozitiv bir insan olduğunu bildirib.
Oğlunun gənc yaşlarında sevdiyi qadın ilə nişanlandığını, qız tərəfinin isə sonradan istəmədiyinə görə 9 il davam edən nişanın pozulduğunu söyləyən Mədinə Salman, təxminən 10 il əvvəl oğlunun yıxılaraq başından ağır xəsarət aldığını sözlərinə əlavə edib.
13:36 - 13 İyul 2024