Qaziantepdə göldə boğulan 11 yaşlı qardaşını xilas etmək üçün özünü suya atan 18 yaşlı böyük qardaş da gözdən itib.
Titul.az xəbər verir ki, qardaşların köməyinə qaçan İsmail Uyğun onları xilas etmək üçün suya girib, o da yoxa çıxıb.
Hadisə yerinə çağırılan xilasedicilər hər 3 şəxsin cansız bədənini taparaq göldən çıxarıblar.
11:13 - 13 İyul 2024