Çinin dövlət mediası ölkədə evlilik hazırlığı görən bir cütlüyün toyunun birdən qəfil niyə ləğv edildiyini manşet edib.
Titul.az xəbər verir ki, məlumatda bildirirlib ki, evlilik hazırlığında olan gənc "qadın" biyoloji olaraq kişi çıxıb. Toy öncəsi tibbi müayinədən keçən zaman həqiqət üzə çıxıb.
Bunun 50 min insandan birində müşahidə edilən bir xəstəlik olduğu deyilir. Bədənində artıq olan kişi orqanının cərrahi yolla çıxarılacağı bildirilən qadının bir müddət sonra hormon müalicəsi alacağı da məlumatda qeyd edilib.
Sözügedən media qurum da belə mutasiyaların erkən aşkarlandığı təqdirdə qısa müddətli əməliyyatla və müalicə ilə aradan qaldırıldığını yazıb.
09:05 - 13 İyul 2024