15 yaşlı yeniyetmə məmuru evində öldürdü - Anası qapını açanda... - FOTO

 15 yaşlı yeniyetmə məmuru evində öldürdü - Anası qapını açanda... - FOTO

Adananın Saimbeyli qəsəbəsində bələdiyyə işçisi olan Mehmet Tunçöz (34 yaş), evində T.A. (15 yaş) tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Titul.az xəbər verir ki, şübhıli hadisə yerindən qaçanda evə od vurmaq istəsə də, polisin hadisəyə çevik reaksiya nəticəsində ələ keçirilib.

Məlum olub ki, bələdiyyə işçisi Mehmet Tunçöz bir parkda çay içdiyi T.A. ilə birlikdə evinə gedib. Evdə anası ilə qarşılaşan Tunçöz, "Əynimə balaca olan paltarları T.A.-ya verəcəm, ona görə onu da bizə gətirdim" deyib. Mehmet Tunçözün anası isə meyvə toplamaq üçün bağa düşüb.

Bir müddət sonra Mehmetin anası evdən tüstü çıxdığını, evə girəndə oğlunu qan içində yerdə uzalı vəziyyətdə görüb.

Hadisə yerinə çağırılan təcili yardım həkimləri bələdiyyə işçisinin artıq öldüyünü bildiriblər. 

Hadisəni törədən yeniyetmə isə saxlanılaraq dindirilmə üçün idarəyə aparılıb.

09:12 - 12 İyul 2024

Xəbər lenti