Çində nişanlısının ona xəyanət etdiyi öyrənən oğlan həyatının şokunu yaşayıb.
Titul.az xəbər verir ki, toya bir gün qalmış nişanlısının oteldə başqa oğlanla biryerdə olduğunu əks etdirən görüntülər gələcək bəyin telefonuna göndərilib. Həmin görüntüləri o vaxt təsadüfən oteldə olan qızın başqa bir tanışı çəkərək oğlana göndəribmiş.
"Bəy" səbrlə sabah keçirilməsi planlaşdırılan toyu gözləmək qərarına gəlib. Qonaqlar toyun keçirildiyi məkanda hər kəs öz yerini aldıqdan sonra böyük ekranda gəlinlə oteldə çəkilən başqa oğlanın səmimi görüntüləri əks olunub.
Qonaqlar ekranda gəlinlə birgə əks olunan kadrlardakı oğlanın bəy olmadığını görüncə hər kəs şoka düşüb. Gəlin bəyin ona xəyanətindən xəbərdar olduğunu bilərək, toydan qaçıb gedib. Və bu izdivac baştutmadan dayandırılıb.
13:15 - 10 İyul 2024