İşğaldan azad edilmiş ərazilərdə 8 yeni seçki məntəqəsi yaradılacaq

 İşğaldan azad edilmiş ərazilərdə 8 yeni seçki məntəqəsi yaradılacaq

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.

Titul.az Trend-in xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov mlumat verib.

Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

16:15 - 9 İyul 2024

Xəbər lenti