Sevgilisi ilə görüşən şəxsi öldürdü - Hadisə sonrası ŞOK EDƏN TELEFON DANIŞIĞI - FOTO

 Sevgilisi ilə görüşən şəxsi öldürdü - Hadisə sonrası ŞOK EDƏN TELEFON DANIŞIĞI - FOTO

İzmirin Urla rayonunda sevgilisi ilə görüşüb söhbət edərkən gördüyü Cem Hortumu öldürən Murat E. həbs edilib.

Titul.az xəbər verir ki, hadisə şahidləri Murat E.-nin cinayət sonrası bir yaxınına zəng edib, "Rəhmətliyi vurdum, öldürdüm" deyərək, halallıq istədiyini bildiriblər.

Hadisə yerli vaxtla gecə 3-ün yarısında baş verib.

Araşdırma zamanı məlum olub ki, Murat E. əvvəl də bir şəxsi öldürdüyü üçün 16 il azadlıqdan məhrum edilibmiş.

 

14:41 - 9 İyul 2024

Xəbər lenti