Çinin Hubei rayonunda 33 yaşlı Zhang adında bir kişi 10 ildir ailəli olduğu həyat yoldaşının soyuq davranışlarından şübhələnməyə başlayıb.
Titul.az xəbər verir ki, bu şübhələri xüsusilə də qadının əvvəllər valideyinlərini tez-tez ziyarət etmədiyi halda, son dönəmlər onlara daha çox getməyə başlaması ilə artırıb.
Cütlük eyni fabrikdə çalışırdılar. Keçən ildən həyat yoldaşı müdirinin kabinetində çalışmağa başlamışdı.
Bir gün axşam Zhang, həyat yoldaşı ilə şam yeməyi yemək istədiyini və ona bir sürprizi olacağını bildirib. Lakin bunun əvəzində qadın yenə də valideyinlərinə baş çəkəcəyini bildirərək bu görüşdən imtina edib. Şübhələri daha da artan ər arvadını gizlicə təqib edib, hara getdiyi öyrənmək üçün drondan istifadə etmək qərarına gəlib.
Dronun vasitəsiylə həyat yoldaşını izləyən kişi arvadının küçədə onu gözləyən qara avtomobilə əyləşərək bir dağlıq yerdə mənzilə getdiyini müşahidə edib.
Ər maşından düşərək yoldaşının əl-ələ tutub evə daxil olduğu şəxsin müdiri olduğunu görüb. Cütlük burada bir müddtə vaxt keçirdikdən sonra məkanı tərk ediblər. Həyatının şokunu yaşayan Zhang indi arvadından ayrılmaq üçün məhkəməyə müraciət edib.
13:56 - 8 İyul 2024