Bakıda faciəli hadisə baş verib.
Titul.az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən özəl klinikalardan birində qeydə alınıb.
Oraya sünnət olunmaq üçün gətirilən Abşeron sakini, 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib.
Körpənin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.
12:03 - 8 İyul 2024