"Zirə"dən ayrılan Vladislav Kulaçın yeni klubunun adına aydınlıq gəlib.
Titul.az xəbər verir ki, ukraynalı Ermənistanın "Pünik" komandası ilə razılıq əldə edib.
Onunla 1 illik müqavilə imzalanıb. Kulaç 2023-cü ilin yanvarından "Zirə"nin formasını geyinib.
Hücumçu bu müddət ərzində 38 matçda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. /AzxeberSport
10:47 - 8 İyul 2024