Zaqatalada QANDONDURAN HADİSƏ: Ailəsi gəlinini BU VƏZİYYƏTDƏ TAPDI

 Zaqatalada QANDONDURAN HADİSƏ: Ailəsi gəlinini BU VƏZİYYƏTDƏ TAPDI

Zaqatalada intihar hadisəsi baş verib.

Titul.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Çardaxlar kəndində qeydə alınıb.

Kənd sakini, 31 yaşlı Aygün Qurbanova yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asıb.
 
Məlumata görə, Aygün Qurbanova ailəli olub. Onun son günlər depressiyaya düşdüyü bildirilir.

Aygün Qurbanovanın asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntiharın səbəbləri dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

14:20 - 27 Noyabr 2023

Xəbər lenti