Bu günlərdə "Barselona" və İspaniya millisinin yeniyetmə ulduz futbolçusu Lamine Yamalın atası sosial şəbəkələrdə oğlunun 6 aylığında Lionel Messi ilə olan şəkilini "Əfsanələrin başlanğıcı" başlığı ilə paylaşıb.
Titul.az xəbər verir ki, foto tez bir zamanda viral xarakter halını aldı və hər kəs normal olaraq bu şəkilini tarixçəsi ilə maraqlanmağa başlayıb.
Qeyd edək ki, bu şəkil "Sport" nəşrinin fotoqrafı Joan Morfort tərəfindən 2007-ci ilin dekabrında çəkilib. Nəşr hər il xeyriyyə və həmrəylik məqsədi ilə "Barselona"nın əsas komanda oyunçularının könüllü iştirakı ilə Kataloniyadakı ailələri seçərək onlarla illik kalendar çəkilişi edir.
2007-ci ildə Lionel Messi də bu tədbirdə könüllü iştirak etməyə qərar verir və "Sport" onu Matarodakı Yamal ailəsi və daha doğrusu 6 aylıq Lamine Yamalla "Kamp Nou"da fotoçəkilişini təşkil edir.
Onu da qeyd edək ki, Yamalın ailəsi tamamilə təsadüfü seçilib. Bu faktlar da bir daha “Midas toxunuşu”- Leonun toxunduğu hər şey qızıla dönür fikirlərini daha da qüvvətləndirib.
09:02 - 6 İyul 2024