Böyük Britaniyanın yeni baş naziri Leyborist Partiyasının rəhbəri Kir Starmer olub.
Titul.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Kral III Çarlz tərəfindən Nazirlər Kabinetini formalaşdırmaq üçün mandat alan Kir Starmer rəsmi olaraq Böyük Britaniyanın 58-ci baş naziri olub.
Qeyd edək ki, iyulun 4-də Böyük Britaniya parlamentinə keçirilən seçkilərin nəticələri hesablandıqdan sonra Leyboristlər Partiyası mühüm səs çoxluğu ilə qalib gəlib. Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak baş nazir vəzifəsindən istefa edib.
17:18 - 5 İyul 2024