İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei səsvermə bülletenini imzalayan zaman qələm yazmayıb, ona yenisini veriblər.
Titul.az “Report”a istinadən xəbər verir ki, bu, yayılan videolarda görüntülənib.
Xaməneinin yazmayan qələmi masanın üstünə sakitcə atmadığı da həmin videoda açıq-aşkar görünür.
Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.
Qeyd edək ki, Xamənei seçki məntəqəsi fəaliyyətə başlayan kimi səsverməyə gedib.
16:37 - 5 İyul 2024