SON DƏQİQƏ! Türkiyə millisi üçün PİS XƏBƏR

 SON DƏQİQƏ! Türkiyə millisi üçün PİS XƏBƏR

UEFA Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.

Titul.az xəbər verir ki, qitənin ali futbol qurumu Türkiyə millisinin mərkəz müdafiəçisinə iki oyun cəza verib. 

Bununla bağlı artıq Türkiyə Futbol Federasiyası qərara etiraz olaraq CAS-a (Beynəlxalq Arbitraj Şurası) bildirib. 

Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi. Merihin bu oyunda "boz qurd" işarəsi göstərməsi UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilmişdi.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək Niderland - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

14:44 - 5 İyul 2024

Xəbər lenti