Britaniyanın axtardığı qatil qız Ermənistana qaçdı

 Britaniyanın axtardığı qatil qız Ermənistana qaçdı

Böyük Britaniyada axtarışda olan amerikalı muzdlu qatil Ermənistanda tutularaq nəzarətə götürülüb.

Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 2-də 44 yaşlı Eymi B. Proşyan kəndində tapılaraq saxlanılıb. O, qətl törətmək və qanunsuz silah saxlamaq ittihamı ilə Böyük Britaniyada axtarışa verilib. Qadın hazırda həbsdədir.

Qeyd edək ki, Eymi 2019-cu ilin sentyabrında Birmingemdə (ABŞ) bir iş adamının qətlinə cəhd etdiyi üçün axtarışa verilib. Britaniya polisinin məlumatına görə, Derbidən olan Məhəmməd Aslam və Məhəmməd Nazir iş adamını öldürmək üçün qatil kirayələyib.

14:42 - 5 İyul 2024

Xəbər lenti