İşğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi gözlənilir.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
S.Novruzov vurğulayıb ki, kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur.
Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
13:20 - 27 Noyabr 2023