Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı

 Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb.

Titul.az xəbər verir ki, yeni fəaliyyətə başlayan sayt  Citypost.az  müasir dizaynı və maraqlı xəbər üslubu ilə seçilir.

Saytın yaradılmasında məqsəd oxuculara daha doğru və operativ xəbər çatdırmaq,həmçinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

Saytın adının ingilis dilində seçilməsi də məhz buna xidmət edir. Gələcəkdə saytın xarici dillərdə xəbər yayımı da nəzərdə tutulur.

Qeyd edək ki, Citypost.az saytının baş redaktoru Mircəlal Məcidovdur.

12:26 - 5 İyul 2024

Xəbər lenti