Rişi Sunak Böyük Britaniyanın baş naziri vəzifəsindən getdi - KİV

 Rişi Sunak Böyük Britaniyanın baş naziri vəzifəsindən getdi - KİV

Böyük Britaniyanın baş naziri Rişi Sunak vəzifəsini tərk edir.

Titul.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.

Belə ki, Böyük Britaniyada seçki dairələrinin 70%-dən çoxunda bülletenlər hesablandıqdan sonra baş nazir Rişi Sunakın Mühafizəkarlar Partiyasının parlamentdə cəmi 72 mandat qazandığı məlum olub.

Leyboristlər 474 seçki dairəsində bülletenlər hesablandıqdan sonra 331 yer qazanıb. Böyük Britaniyanın yeni baş nazirinin Leyborist Partiyasının rəhbəri Keir Starmerin olacağı gözlənilir.

10:17 - 5 İyul 2024

Xəbər lenti