Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

 Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiyanın lazım olduğunu deyib.

Titul.az xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın Konstitusiya Günü münasibətilə erməni xalqına ünvanladığı təbrikdə səsləndirib.

"Xalq yeni konstitusiyanı özü tərəfindən hazırlanıb və qəbul olunmuş hesab edəcək, orada yazılanlar onun yaratdığı dövlət, insanlar və vətəndaşlar arasındakı münasibətlərə dair təsəvvürləri olacaq", - o deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan vətəndaşları konstitusiyanın hakimiyyət tərəfindən hazırlandığını və tətbiq olunduğunu hesab edir

Qeyd edək ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan başlıca amillərdən biri Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını təsbit edən müəyyən müddəaların mövcud olmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli və ərazi iddiaları ilə bağlı müddəalar aradan qaldırılmalıdır.

10:15 - 5 İyul 2024

Xəbər lenti