Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.
Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.
Titul.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə News24.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:
“Yoxlamlar sadəcə bəzi sənədlər üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var”.
Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir. O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin həyat yoldaşıdır.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirildiyi ilə bağlı Demokrat.az saytı məlumat yaymışdı.
16:57 - 4 İyul 2024