"Günah "Dubay", "kabinet" ifadələrini vulqarlaşdıranlardadır".
Titul.az xəbər verir ki, bunu Təranənin qızı Qumral deyib.
Yeni ifaçılığa başlayan Qumral bildirib ki, o həmin kabinetlərdə uşaqları, yoldaşı ilə də oturur:
"Kim mənə pis baxır baxsın. Niyə getməyimki? Əxlaqsızlıq yuvası deyil ki, mən ora getməyim.
Gedənlər ki, var e, orada nə işlərlə məşğuldurlar, onu Allahları bilər, özləri bilər. Bax onlar pis başadüşürlər. Oğlum, qızımla, hələ yoldaşım da yanımda gedirəm, gedəcəm də.
Baxın, "Otel" deyirik. İndi mən "otel" deyəndə sizin ağlınıza başqa bir şey gəlirsə, günah mənim deyil, sizindir. Sizin beyniniz o qədər inkişaf edib, bir də ki, pis yerləri yönəlir.
Xalq artistlərimiz də oturur o kabinet dediyimiz yerlərdə. Mən kabinetdə nə görmüşəm, o məndədir, o heç. Amma qorxsun o kəslər ki, orada başqa işlərlə məşğuldur. Mən rahatam".
14:29 - 4 İyul 2024