Manaf Ağayev deputatlığa namizəd olacaq? - Özü açıqladı

 Manaf Ağayev deputatlığa namizəd olacaq? - Özü açıqladı

"Mənim seçkiyə qatılmaq fikrim yoxdur".

Titul.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev parlament seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

Sənətçi belə bir fikiri olmadığını bildirib:

"Deputat olmaq istəmirəm. Bu yerdə deyiblər də, oturduğun yerdə işə düş. Mən müğənniyəm, iş adamıyam, siyasətçi deyiləm. Qələt edərəm siyasətə qoşularam, siyasəti heç vaxt sevməmişəm. Məndən deputat olmaz".

Qeyd edək ki, mətbuatda müğənni Manaf Ağayevin parlament seçkilərində iştirak edəcəyi ilə bağlı məlumat yayılıb. Onun 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağı bildirilib. 2020-ci ildə keçirilən seçkilərdə bu dairədən Vüqar Bayramov mandat qazanıb. 

13:49 - 4 İyul 2024

Xəbər lenti