"Kistoz Fibrozlunun Sağlamlıq Kartı" layihəsi çərçivəsində "Duzdan Asılı Həyatlar" adlı tədbir keçirilib - FOTOLAR-

İyunun 21-də KIFYIB (Kistik Fibroz Xəstələrinə Yardım ictimai birliyi) Yeni Klinika Tibb Mərkəzinin təşkilatı dəstəyilə "Kistoz Fibrozlunun Sağlamlıq Kartı" layihəsi çərçivəsində"Duzdan Asılı Həyatlar " adlı növbəti tədbirini həyata keçirib .

Titul.az xəbər verir ki, "Duzdan Asılı Həyatlar" tədbiri həkimlərin qatılımı ilə təlim xarakterli olub, Kistoz Fibroz xəstələrində həzm sistemi-qastroenterolji problemlərə həsr olunub.

Tədbir, Azərbaycanın Dövlət himni səsləndirilərək iştirakçıların sayqı duruşuyla başlamışdır.

Tədbiri giriş sözüylə "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai birliyinin sədri Səadət Bayramova tədbir iştirakçılarını salamlayaraq layihə haqqında məlumat verdi, Yeni klinikada yerləşən və uğurlu fəaliyyət göstərən Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika, Müayinə Müalicə Mərkəzi haqqında ,həkimlərin xəstələrə xüsusi diqqət və qayğısından bəhs edərək tibb personalına təşəkkürünü bildirdi.

Hazırda xəstələrin vəziyyətindən ,diaqnostikada rastlanan çətinliklərdən ,dərman təminatından və yeni nəsil modulyator müalicəsinin nə qədər effektiv olduğu və xəstələrin həyatında müsbət dönüş yarada biləcəyindən bəhs edərək iştirakçılara təşəkkür etdi.

Tədbirdə fəxri qonaq qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin müsavirii Nelli xanım Veysova iştirak etdi.

Yeni Klinikanin Pediatriya şöbəsinin müdiri Dr.Əkbər Quliyevə söz verildi. Dr.Əkbər Quliyev şöbənin tibb personalının kiçik pasiyentlərə xüsusi qayğısından ,müalicədə bütün protokollara əməl edilərək ,həmçinin icbari tibbi sığorta ilə xəstələrin müayinə və  müalicələrinin klinika daxilində  ən üst səviyyədə həyata keçirildiyindən bəhs etdi.

Ailə planlaması şöbəsinin müdiri və Yeni Klinika müdür müavini dr.Gulnar Nuriyeva klinikanın müasir avadanlıqlarla təchiz  olunmasından bəhs etdi .Sonrasında ağır xəstəlik olan Kistoz Fibroz xəstəliyinin qarşısının erkən diaqnostika və uyğun müalicə ilə alına biləcəyindən və bu sahədə də klinika olaraq əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək tədbirin işinə uğurlar arzulayıb.

Bundan sonra tədbirin əsas elmi hissəsi uşaq qastroenteroloqu Dr.Fərid Məmmədov - Pediatrik Gastroenteroloq, Hepatoloq un təqdimatı ilə başlamisdir .Fərid Dr .KF xəstəliyində qastroenterolji problemlər haqqında ətraflı təqdimat etdi .

Tədbirin bir fəxri qonaği da vardı Fatimə Bayramova ,yəqinki bu ad çoxlarına tanışdır .

"Azərbaycanda Kistoz Fibrozun öz üzərindən tanınması və cəmiyyətin maariflənməsi üçün verdiyi dəstəyə görə" "Kistik Fibroz Xəstələrinə Yardım"İctimai Birliyi tərəfindən təşəkkürnamə və KF simvolu olan bənövşəyi rəngli  yaxa broşu ilə təltif olundu.

Tədbirin ikinci elmi hissəsində söz  pediatr Dr.Nigar Bayramovaya verildi , Nigar Dr. KF xəstələri ilə ən çox ünsiyyətdə olan onların müayinə və müalicəsi ilə  məşğul olan həkimlərdən biridir .Nigar Dr .kf pasiyentlərin vəziyyəti və KF xəstəliyinin ağırlaşmaları haqqında qısa məlumat verdi.

Sonrasında tədbirin əsas mühazirəçilərindən olan, uşaq qastroenteroloqu dr.Anar Tağıyev KF xəstələrində kilo alımının çətinliyindən ,sağlam bəslənmədən  ,həzm fermentlərinin düzgün istifadəsindən ətraflı təqdimat etdi.

Tədbirin sonlarına yaxın Kifyib sədri Səadət Bayramova "Azərbaycanda Kistoz Fibrozun tanınmasında , İctimai birliyin yaranmasında və sosial ictimai həyatında uğurlu iştirakına görə"
 fəxri mukafatla təltif edilmişdir.

Tədbir öz işini müzakirəyə geniş yer ayıraraq ,iştirakcilari maraqlandıran sualların mühazirəçi həkimlər tərəfindən cavablandırılaraq yekunlaşdı. Beləliklə KIYFIB növbəti maarifləndirici tədbirini uğurla həyata keçirmiş olub.

 

11:14 - 22 İyun 2024

Xəbər lenti