Azərbaycanda maaş və təqaüdlər ARTIRILA bilər

 Azərbaycanda maaş və təqaüdlər ARTIRILA bilər

"Dizel və benzinin qiymətinin artması inflyasiyanı sürətləndirəcək". 

Titul.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, yaxın müddətdə maaş və təqaüdlərdə artım ola bilər:

"Dizel yanacağı kənd təsərrüfatı məhsullarının istehsalında və ərzaq məhsullarının daşınmasında, yəni logistikada ən çox istifadə olunan yanacaq növüdür. Və bunun birdən-birə 25% artması həm ərzaq məhsullarının, həm də aqrar sahədə qiymətlərin artmasına ciddi təsir göstərəcək. Hesab edirəm ki, avqust ayının 1-dən bəzi maaş və təqaüdlərdə müəyyən artım olsun. Amma bu artımın həcmi insanların xərcini kompensasiya edə biləcəkmi? Əsas sual budur. Mən düşünmürəm ki, kompensasiya edə bilsin, çünki ən yaxşı halda maaşlarda və təqaüdlərdə 5-10% artım ola bilər", - deyə, ekspert fikirlərini yekunlaşdırıb.

13:30 - 2 İyul 2024

Xəbər lenti