ABŞ-nin Avropada yerləşən bir sıra hərbi bazaları döyüşə hazır vəziyyətə gətirilib.
Titul.az xəbər verir ki, Amerika hərbçilərinin və ya bazalarının terror hücumuna məruz qala biləcəyi qorxusuna görə hərbi bazaların güc mühafizəsi ikinci səviyyəyə qaldırılıb.
ABŞ ordusunun məlumatına görə, bu səviyyə hərbi personala və ya bazalara terror aktı və ya terror hücumu ehtimalını göstərən insident baş verdikdə və ya kəşfiyyat məlumatları olduqda istifadə olunur.
ABŞ Avropa Komandanlığının sözçüsü Den Day bu barədə şərh verməkdən imtina edib. /unikal
14:00 - 1 İyul 2024