Azərbaycanda qadınların pensiya yaşı DƏYİŞDİ

 Azərbaycanda qadınların pensiya yaşı DƏYİŞDİ

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq.

Titul.az xəbər verir ki, 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə 64 il olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

09:40 - 1 İyul 2024

Xəbər lenti