Bakının bu ərazisindəki EVLƏR SÖKÜLÜR

 Bakının bu ərazisindəki EVLƏR SÖKÜLÜR

Paytaxtın Xətai rayonu ərazisində yeni istirahət zonasının salınması ilə əlaqədar bir sıra evlərin söküntüsü həyata keçirilir.

Titul.az “Xezerxeber.az”a istinadən məlumatına görə, artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.

Onun sözlərinə görə, həmin ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi.

Qurum rəsmisi qeyd edib ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür.

10:11 - 29 İyun 2024

Xəbər lenti