"Youtube”də çəkdiyi "Qırmızı adam” verilişi ilə məşhurlaşan aparıcı və aktyor Faiq Erol ilə bağlı tükürpədici hadisə baş verib.
Titul.az xəbər verir ki, yutuber sözügedən platformada bir verlişdə qonaq olarkən ilk sevgili olduğu qızla bağlı dəhşətli fakta aydınlıq gətirib.
Belə ki, "Qırmızı adam” açıqlamasına bildirib ki, ilk dəfə sevgili olduğu qızla tanışlıqdan 15 gün sonra onun öldürüldüyünü öyrənib:
"Neçə il bundan qabaq dayanacaqda avtobus gözləyirdim. Gördüm bir qıza dayanıb. O qızla baxışdıq., onda da məşhur deyildim hələ. İldə-ayda bir dəfə hansısa qızın məndən xoşu gəlirdi. Dedim, yox, bunun dalınca düşmək lazımdır. Qız gedib girdi Pedaqoji Universitetə. Dərsin axırına kimi gözləmişəm. Mühafizəçiyə yalvarmışam ki, 4-5 saat onu bufetdə gözləyim heç olmasa. Qız dərsdən çıxanda gördü ki, mən hələ də dayanmışam, mənə ciddi yanaşdı da. Dedi mən "Nəsimi bazarı"nın yanənda yaşayıram", bildirdim ki, mən də elə orada yaşayıram. Qızla başladıq danışmağa, 15 gün belə davam etdi.
Axırı "Nəsimi bazarı"nın qabağından keçəndə gördüm ki, "palatka" qurublar. Başımı palatkadan içəri saldım, gördüm ki, başda qızın şəklini asıblar Allahhaqqı. Səndemə qız ögey anası ilə yaşayırmış, yola getməyiblər, qız özünü binadan atıb".
Ətraflı videoda:
00:36 - 29 İyun 2024