"Məni kabinetə çağıran o şəxslə maraqlanaram" - MÜSAHİBƏ (ÖZƏL) - FOTO

Şou-biznesə səsli-küylü gəlsə də çoxdandır sükuta qərq olan Dua Murad Titul.az-ın suallarını cavablandırıb.

Duanın Titul.az-a müsahibəsini təqdim edirik:

Haralardasınız, görünmürsünüz...

- Şou-biznesdən uzaqlaşdım. Çünki narazı qaldığım məqamlar var. Amma görürəm ki, bəzilərinə yol açırıq. Hansılar ki, olmaz onlara yol vermək. 

Onlar deyəndə ki, söhbət kimlərdən gedir?

- Səviyyəsiz mahnılar oxuyan "müğənnilər". Ad çəkmək istəmirəm, amma çoxdular. Yağışdan sonra çıxan göbələklər kimi...

Pulunuz qurtardı?

- Pulum yoxdur söhbəti deyil. Mənim sponsorum ömür boyu atam olub. Hər xərcimi atam çəkib. Amma daha istəmirəm onun boynuna atım işlərimi.

Şou-proqramlara, toylara da getmirsiniz?

- Əvvəl gedirdim, amma hər yerə yox. Seçirdim yəni. Çünki xasiyətimə, xarakterimə uyğun olmayan yerlərə getmirəm.

Deyirlər son dönəmlər toy və şou-proqramlardan çox, "kabinetlərdə" məhdud sayda şəxslərin məclislərində daha çox pul var. Təklif etsələr qəbul edərsiniz?

- Tərəfdarı deyiləm, amma maraqlanardım oradakı insanlarla. Yəni mənimçün insan insandır. Sadəcə məkan təbii ki, önəmlidir. Amma əsas insan səviyyəli, mədəni və alicənab insan olmalıdır.

ARDI OLACAQ...

 

 

 

 

 

 

01:39 - 28 İyun 2024

Xəbər lenti