Xalq artisti, şəhid atası Əli Nur ictimai nəqliyyatdan istifadə edən məşhurlardandır.
Titul.az xəbər verir ki, Xalq artisti Bakı metrosunda görüntülənib. Onun geyimi diqqətdən yayınmayıb.
Kifayət qədər fikirli görünən məşhur aktyor hərbi geyimdə diqqət çəkib.
Onu tanıyanların sözünə görə Vətən müharibəsində oğlu şəhid olandan sonra Əli Nur daha çox gündəlik həyatında hərbi libas geyinir.
Bu da həmin kadrlar:
Qeyd edək ki, Xalq artistinin oğlu Rövşən Nurzadə Ağdamda N saylı hərbi hissədə komandir kimi 10 il çalışıb. Ehtiyata buraxılmışdı. Müharibə başlayan kimi gedib ərizə verib və yollanıb cəbhəyə. İkinci Qarabağ müharibəsində şəhid olub.
01:11 - 28 İyun 2024