Türkiyə millisi qələbəni "iplə" çəkdi: Ay-ulduzlular NÖVBƏTİ MƏRHƏLƏDƏ

 Türkiyə millisi qələbəni

Bu gün AVRO-2024-ün qrup mərhələsinə yekun vurulub.

Titul.az xəbər verir ki, 1/8 finalın son iştirakçıları F qrupunun matçlarından sonra bəlli olub.

Qardaş Türkiyə yığması Çexiyanı məğlub edib. 20-ci dəqiqədən azlıqda qalan çexlər 1:2 hesabı ilə uduzublar.

Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.

01:57 - 27 İyun 2024

Xəbər lenti