Bir qızı sevirmişlər - Nərimanovdakı güllələnmənin TƏFƏRRÜATI: "Ya sən öləcəksən, ..." - FOTO

 Bir qızı sevirmişlər - Nərimanovdakı güllələnmənin TƏFƏRRÜATI:

İyunun 26-da paytaxtın Nərimanov rayonunda məşhur alış-veriş mərkəzinin qarşısında 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən Titul.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə artıq saxlanılıb. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Belə ki, hadisənin qız üstündə baş verdiyi ortaya çıxıb. Məlum olub ki, hər iki gənc bir qızı sevirmiş. 

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi küçənin ortasında güllələyib.

22:10 - 26 İyun 2024

Xəbər lenti