"Mənə fəxri ad verilməlidir, yaşım gedir. 40 ildir düz meydandayam. Bütün dövlət tədbirlərində iştirak etmişəm. Hələ mən sizə danışıram 1993-1996 cı illərə ərzində cəbhədəki gərgin dövrlərdə oralara heç kim getmirdi”.
Titul.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev bildirib.
Məşhur müğənni TİTUL "davasını" belə izah edib:
"Allaha and olsun bəlkə ustadım Nizami Abdullayevin təşkilatçılığı ilə hələ o vaxtlar bəlkə 200-dən artıq konsert vermişəm. Hamısının kasetləri durur. Mən nəyə görə fəxri ad almıram?! MƏn faktla danışıram e, mən damışanda boşuna danışmıram. Danışıram, sənədi də çıxardıb stolun üstünə qoyuram. O vaxtı heç kim getmirdi, qorxurdu, əziyyət idi. Amma biz cəbhələrdə... Elə bir rayon yox idi, elə bir əsgər yox idi onların qabağında oxumamış olaq. Əziyyət çəkmişik.
Dövlət tədbirlərinə təbii ki, nə vaxt təklif edirlərsə bizim borcumuzdur, gedib qulluq edirik. Amma bir də görürsən ki, amma heç ona da incimirəm e. Nə vaxtsa olar-olmaz, o heç bir şeyi dəyişmir. Ancaq bir TİTUL kimi, əziyyətinin haqqı kimi. O nəyisə dəyişmir. O mənim nə şəxsiyyətimi dəyişməyəcək, nə oxumağımı dəyişməyəcək, nə də pul verilmir. Amma insan uman yerdən küsür də. Mən TİTULumu istəyirəm. Alisavadlı adamam, 30-40 il müəllim işləmişəm. İndi hazırda işləmirəm. Əslində verilməlidir, amma bir də görürsən ki, 1-2 ildir sənətə gəlib, - sənət də yoxdu e, - “uje” Xalq artistidir. Amma mən özüm üçün düşünürəm ki, Xalq artisti tezdir".
23:55 - 26 Noyabr 2023