Kurban Berdıyev rəsmən “Turan Tovuz”da !

 Kurban Berdıyev rəsmən “Turan Tovuz”da !

“Turan Tovuz”da baş məşqçi təyinatı rəsmiləşib.

Titul.az xəbər verir ki, bunu Qərb təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Tovuz klubunu rusiyalı Kurban Berdıyev çalışdıracaq. 72 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Əsasən Rusiya “Rubin”indəki uğurları ilə tanınan Berdıyev vətənində “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala), Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”a rəhbərlik edib. “Pro” kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, Premyer Liqadakı ilk iki mövsümdə “Turan Tovuz”u Ayxan Abbasov çalışdırıb.

11:25 - 25 İyun 2024

Xəbər lenti