Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun son dönəmlər toylarda birgə dəvət alması və vaxtı ilə dillər əzbəri olan duetlərinin səsləndirmələri halına tez-tez rast gəlirik.
Titul.az xəbər verir ki, belə toylardan birində duet bitdikdən sonra N.Qaraçuxurlu "Aygün xanım səhnədə olanda xoşbəxtdir", - ifadəsini işlədib.
Lakin onun bu sözlərinə Xalq artistindən gözlənilməz reaksiya özünü çox gözlətməyib:
"Çox sağ ol, Namiq. Səhnə məni xoşbəxt edir, amma sən xoşbəxt edə bilmədin".
Kazımovanın bu sözləri hər kəsin gülüşünə səbəb olub.
23:59 - 24 İyun 2024