Azərbaycanlı məşhura həyat yoldaşı xəyanət edir? - Efirdə açıb danışdı... - FOTO

 Azərbaycanlı məşhura həyat yoldaşı xəyanət edir? - Efirdə açıb danışdı... - FOTO

Müğənni Xuraman Şuşalı ona sosial şəbəkə hesabında həyat yoldaşı ilə bağlı gələn mesajı açıqlayıb.

Titul.az xəbər verir ki, Xuraman bu barədə Xoşqədəm Baxşəliyevanın "Günaydın Azərbaycan" proqramında danışıb.

O bildirib ki, bu yaxınlarda "Instagram" sosial şəbəkə hesabına mesaj yazıblar ki, güya mənim həyat yoldaşım kimləsə kənarda görüşür:

"Həmin an həyat yoldaşıma zəng edib dedim ki, "Elçin mənə belə bir məlumat çatdırdılar". O da cavabında söylədi ki, "Xuraman sən nə danışırsan?!". Dedim ki, Elçin, sənə inanıram. Sadəcə bu yazılanlanların qarşısını almaq lazımdır ki, sənin ünvanına belə sözlər deyilməsin."

Xanım ifaçı bildirib ki, rejissor həyat yoldaşı Elçinə güvənir və inanır.

Qeyd edək ki, Xuramanla Elçin 14 ildir ki, ailəlidir. Cütlüyün 4 övladı var.

09:01 - 24 İyun 2024

Xəbər lenti