Bakıda 3 polisi öldürən Rövşənin FOTOSU

 Bakıda 3 polisi öldürən Rövşənin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Bakıda üç polis və bir mülki şəxs öldürülüb.

Titul.az xəbər verir ki, cinayəti törədən Allahverdiyev Rövşən Oqtay oğlunun görüntüsü yayılıb.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

10:41 - 24 İyun 2024

Xəbər lenti