Daha bir azərbaycanlı məşhur cütlük BOŞANDI - FOTO

 Daha bir azərbaycanlı məşhur cütlük BOŞANDI - FOTO

Uzun müddətdir boşandıqları ilə bağlı xəbərlər medianın gündəmindən düşməyən aktyorlar Murad İsmayıl və Ülviyyə Xalinbeyova ayrılıb.

Titul.az xəbər verir ki, bu barədə Ülviyyə özü paylaşım edib:

"Biz bir qərar aldıq və bunu izləyicilərimlə bölüşmək istəyirəm. Mən və həyat yoldaşım heç bir zaman ailəmizlə gündəmdə qalmaq istəməmişik. Müəyyən səbəblər üzündən istəməsək də, belə alındı. 6 il ərzində çox bu ailəni qorumaq üçün, uşaqlarımız üçün çox çabaladıq. Amma bəzən olmayanda olmur. Hər iki tərəfin razılığı və qərarı ilə, övladlarımızın sağlam psixologiyası üçün münasibətimizi sonlandırdıq. Qərarımıza hörmətlə yanaşan hər kəsə təşəkkürlər!".

Qeyd edək ki, bir müddət əvvəl müğənni Elçin Cəfərov məşhur yazıçı Sabir Rüstəmxanlının qızı Aydan ayrılıb. Onların da Ülviyyə-Murad cütlüyü kimi bir övladları var.

18:33 - 23 İyun 2024

Xəbər lenti