Bakıda yaşayış binasında liftin trosu QIRILDI: Xəsarət alanlar var

 Bakıda yaşayış binasında liftin trosu QIRILDI: Xəsarət alanlar var

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Titul.az-a bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

18:55 - 23 İyun 2024

Xəbər lenti