"Qarabağ"dan ŞOK TRANSFER - Heç kimin gözləmədiyi futbolçu Bakıda - FOTO

"Qarabağ" ölkə futbolunun Prezident İlham Əliyevin də qeyd etdiyi kimi flaqmanına çevrilib. Ölkənin hər yerində "Qarabağ"a böyük sevgini hiss etmək mümkündür. Artıq Azərbaycan futbol azarkeşlərini hər il Avropada uğurlu çıxışı ilə sevindirən "köhlənatlar"dan gözləntilər də ilbəil artır. 

Geridə qalan Avropa macərası və ondan əvvəlki dövürlərə diqqət edəndə görürük ki, Ağdam təmsilçisinin heyyətində bəzi korrektələr etməklə Azərbaycan futbolu adına ilk olacaq daha yeni uğurlar əldə etmək şansı var. Hər klubun strategiyası fərqlidir. Çox uzağa getməyək, elə MDB məkanında uzun illər Avropa səhnəsində Ukrayna-Rusiya müharibəsinə kimi yetəri qədər uğurlu çıxış edən "Şaxtyor"un seleksionerləri daha uzaq qitələrdən gənc istedadları gətirib Avropa səhnəsində istədiyi komandaya istədiyi qiymətə sataraq milyonlar qazanmaqla məşğul idi. Bu imkanlar "Qarabağ"da məhdud görünsə də son illər Ağdam təmsilçisinin Avropadakı uğurlu çıxışı onun əcnəbi futbolçularına olan maraqların artmasına yol açdı. Nəticədə də Vadjidən tutmuş, Kadiyə kimi daha yüksək məbləğ qarşılığında xarici klublara transfer olundu. 

Biz bu cəhətdən "Qarabağ"da son illər mini "Şaxtyor" variantının işlədiyinə şahidlik edirik. Lakin "Qarabağ"dan fərqli olaraq Ukrayna klubu milyonlarla avroya beşlik ölkələrinə satdığı futbolçuların əvəzinə daha güclü, istedadlı futbolçuları cəlb etməklə diqqət çəkirlər. "Qarabağ" isə əlində olan, komandanın simvoluna çevrilən, azarkeşlərin oyunundan zövq aldığı futbolçularını xarici klublara transfer olmasında maraqlı olsa da, əvəzində etdiyi transferlər daha çox gülünc hədəfinə çevrilir. 

Artıq geridə qalan mövsmüdə Ağdam təmsilçisinin AL-da sərgilədiyi baxımlı, əzimkar oyun sübut etdi ki, "Qarabağ"ın daha böyük tarix yazmasına mane olan başlıca səbəb onun ehtiyyat oyunçular skamyasının olduqca kasadlığıdır. Zədələnən Juninyo, Yassin Benzianı əvəz edəcək eynisəviyyəli futbolçunun olmaması "köhlənatlar"ı geri salan əsas faktor oldu. Hətta "Braqa" ilə cavab matçının qəhrəmanına çevrilən Nəriman Axundzadənin də "Qarabağ" səviyyəsində bir oyunçu olmadığı elə U-21 millimizin oyunlarından çox aydın görünür. Avropada adından söz etdirməyi bacaran klubun forvardı əgər millidə ardıcıl bir neçə oyunda qol vurmaqda çəkirsə və komandanın yükünü çiyinlərində daşıya bilmirsə, o zaman hansı istedad, hansı potensialdan danışaq?! Amma "Qarabağ" Nəriman ilə müqaviləsini uzatmaq qərarı verdi.

Bu, indi deyəcəyimin yanında toya getməlidir...

Bu səhvləri düzəltmək və gələn mövsümə daha güclü komanda formalaşdırmaq üçün "Qarabağ"da əla imkanlar var. Həm maliyyə, həm də zaman nöqteyi nəzərdən. Transfer pəncərəsinin bağlanmasına təxminən 2 ay müddət olsa da təxminən 1 həftə əvvəl "Qarabağ"ın elan etdiyi transfer bu klubun istənilən azarkeşini şoka saldığına şübhə etmirəm. Hər kəs illərdir transferinin baş tutacağını gözlədiyi və yeni perespektivli isimləri gözlədiyi halda Qurban Qurbanov böyük ümidlərlə 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubu “Yurqorden”ə transfer olsa da, orada forma şansı qazana bilməyən oğlu Musanın yenidən "Qarabağ"a transfer olunması məsələsinə xeyli vaxt və pul xərcləməli oldu. Klubla 22 yaşlı forvard arasında 3 illik müqavilə imzalandı.

İsveç klubunun heyətində möhkəmlənə bilməyən Musa cari mövsümdə iki oyunda cəmi 32 dəqiqə meydanda olduğu təqdirdə görünür Q.Qurbanovun övlad amili klubun maraqlarından bir qədər ön plana çıxıb. Belə olmasaydı, "Qarabağ" elə ilk olaraq 3 ildən çoxdur bir neçə klub dəyişən Mahir Emrelinin "köhlən atlar"a dönüşünü reallaşdırardı. Amma istənilən halda bu transferlər bu gün gəldib çıxdığı yerə görə və azarkeşlərin, Azərbaycan futbol ictimaiyyətinin onlardan gözləntilərina görə "Qarabağ" adına layiq qərar hesab edilə bilməz. Çünki qarşısına Çempionlar Liqasına oynamağı hədəf qoyan klubun qərarı bir qədər fərqli olmalı idi. 

Sanki Musanın "Qarabağ"a dönüşündə bu qədər tələsik və israrlı olduğu açıq hiss edilən Qurbanov sabiq rusiyalı çərçivə qoruyucusu Lunyovun keçmiş menecerinin "Qarabağ" ailə komandasıdır" fikirlərini təsdiqləmiş oldu!

TİTUL.AZ

Vaqifoğlu

10:11 - 23 İyun 2024

Xəbər lenti