Müğənni Nüşabə Musayeva ondan maddi yardım istəyən izləyicilərinə sərt xəbərdarlıq edib.
Titul.az yenisabah.az-a istinadən xəbər verir ki, onlar ifaçını təngə gətirib.
Musayeva ondan pul istəyənləri tənqid edib:
"Məni maddiyyata görə hansı səhifələr narahat etsə, həmin səhifələri və yazılanları paylaşacam. Bəsdir artıq, bu nədir?! Bu nə dilənçilikdir? Başınız xarab olub, yoxsa məni maymaq hesab edirsiniz?
Biri yazır, uşağıma "iPhone" al, biri deyir, təhsil haqqımı ödə, biri deyir, mətbəximi, damımı təmir et, o biri deyir, geyimlərini ver, geyinək...
Siz nə deyib yaşayırsınız? Çörək tapmayıb xəstəlikdən əziyyət çəkən insanlar var. Sizin kefinizə bax.
Bir söz tapıblar "bir ana kimi yazıb sizə yalvarıram", "3 uşaq anasıyam"... Doğub əkəndə mənə demişdiniz? Yoxsa dədənizə borcum var? Bu səhifədə pul kəsilmir. Elə bil banka və ya fonda müraciət edirlərmiş kimi, hələ bir tələb də edirlər ki, "verməsən, inciyərəm". Niyə? Öhdəmə götürmüşəm sizi? Ya əhd eləmişəm ki, işləyib qazanacam, verəcəm, siz yeyəcəksiniz? Canınız çıxsın, qazanın, işləyin, xərcləyin! Asan, rahat yol tapıblar, düşüklər!"
09:48 - 22 İyun 2024